Sabirabadda pambıq tarlaları susuzluqdan yanır

Sabirabadda pambıq tarlaları susuzluqdan yanır

Bu sahəni davam etdirmək istəyən də var, uzaqlaşmaq istəyən də. Sovet dövründə çox inkişaf etmiş pambıqçılıq müstəqillikdən sonra tənəzzülə uğrayıb. Artıq iki ildir ki, Azərbaycanda yenidən pambıqçılığa maraq göstərilməyə başlayıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il ən çox pambıq təhvil verən rayon Sabirabad olub. Lakin buna baxmayaraq Sabirabad rayonunun Sərxanbəyli kəndində bu statistikanı pozmaq istəyənlər də az deyil. Belə ki, həmin kəndin sahibkar fermeri olan Quliyev Zaur Cənnət oğlu sözün əsl mənasında çarəsiz bir durumdadır. 1995-ci ildən 17 ha pay torpağı olan Zaur Quliyev dövlətə xeyir vermək üçün hər il olduğu kimi bu ildə pambıq becərmə işi ilə məşğul olub. Lakin sahibkarın çəkdiyi əziyyət hədər gedir. Fermer buna səbəb həmin əraziyə vaxtı vaxtında su verilmədiyi və ümumiyyətlə həmin ərazinin baxımsız olduğunu dilə gətirib.

101.az-a zəng edən Zaur Quliyev bildirib ki, öz vəsaiti hedabına 8-10 min AZN civarında məhsul becərdiyinə baxmayaraq sahəsində bütün məhsul susuzluqdan yanır. 2000 əhalisi olan kəndin içməli su kanalının indiki durumunun acınacaqlı vəziyyətdə olduğunu deyən fermer bu kanala el arasında "Gümüş" kanal adlandırıldığını bildirib. Lakin hal-hazırda kanalda suyun olması "Gümüş göl əfsanəsi" olardı.

"Hansı aidiyyatı quruma müraciət edirəmsə heç biri bu problemimi həll etmir"-deyən sahibkar sahəsinin acınacaqlı bir durumda olduğunu söyləyib. Bildirib ki, öz vəsaiti hesabına suvardığı 5 ha yerdən başqa digər yerlərdə məhsul tamamilə yanaraq yararsız hala düşüb. Dövlətə xeyir verib pambıq becərmək niyyətində olan fermerin bu durumuna Sabirabadın Sərxanbəyli kəndinin aidiyyatı qurumları hələ də göz yumur. Fermer artıq ümidini "Yaradana" bağladığını bildirib.

101.az






Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR