Ukraynada Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı beynəlxalq festival keçiriləcək

Ukraynada Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı beynəlxalq festival keçiriləcək

Ukraynanın İvano-Frankovsk şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı beynəlxalq festival keçiriləcək.

Azərbaycanın Ukraynadakı səfirliyindən 101.az-a verilən məlumata görə, səfirliyin təşkilatçılığı ilə keçiriləcək beynəlxalq festival çərçivəsində mayın 3-də Azərbaycan rəssamlarının iştirakı ilə “Azərbaycan” adlı rəsm sərgisi açılacaq. Mayın 5-də Azərbaycanın mədəniyyət işçilərinin iştirakı ilə caz festivalı olacaq, eyni zamanda, Azərbaycana dair film nümayiş ediləcək.

Festival çərçivəsində, həmçinin Azərbaycanın milli mətbəxini nümayiş etdirən yarmarka təşkil olunacaq. Mayın 6-da isə festivalın bağlanış günü qala konsert keçiriləcək.Ukraynanın Xarkov, Dnepr, Odessa və digər şəhərlərində də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı təqdimatlar, konfranslar keçiriləcək.

Mayın 18-də Azərbaycanın Ukraynadakı səfirliyində rəsmi qəbul da təşkil olunacaq.

101.az(trend az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR