Gəncə Dövlət Dram teatrı festivala yollandı

Gəncə Dövlət Dram teatrı festivala yollandı

Gəncə Dövlət Dram teatrının yaradıcı kollektivi Türkiyə Cümhuriyyətinin Giresun Bələdiyyəsinin təşkilatçılığı ilə kecirilən “Tiyatro festivalı”nda iştirak etmək məqsədilə bu ölkəyə yola düşüb.

101.az xəbər verir ki, yaradıcı kollektiv festivala türk yazıcısı Tuncer Cücenoğlunun “Matruşka” adlı romantik komediyası ilə qatılacaq. Bu barədə teatrın direktoru, respublikanın əməkdar mədəniyyət işçisi Əli Qasımov məlumat verib. Onun sözlərinə görə festival Giresun şəhərində 1-15 may tarixlərində olacaq.

Məişət mövzusundan bəhs edən tamaşada əsas rolları xalq artisti Pərvanə Qurbanova, əməkdar artist Sevda Orucova və aktyor Yusif Cəfərov ifa edirlər.

Xatırladaq ki, tamaşanın quruluşçu rejissoru Elşad Əhmədov, rəssamı Vahab Cəfərov, musiqi tərtibatçısı isə Tünzalə Mustafayevadır.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR