Paytaxtın ticarət dövriyyəsinin həcmi bəlli oldu

Paytaxtın ticarət dövriyyəsinin həcmi bəlli oldu

2018-ci ilin yanvar-iyul aylarında Bakıda pərakəndə ticarət dövriyyəsinin həcmi 10 milyard 941,8 milyon manat olub. Bu da əvvəlki ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 3,0 faiz artım deməkdir.

101.az-ın məlumatına görə, hesabat dövründə bazar və yarmarkalar üzrə pərakəndə ticarət dövriyyəsi illik əsasda 5,4 faiz artıb.

Bazar və yarmarkalarda 1 476,5 milyon manat dövr edib.

Bir istehlakçı bazarda ötənilkindən 32 manat çox xərcləyir

Hesabat dövrü ərzində paytaxtın pərakəndə ticarət şəbəkəsində bir istehlakçı məhsulların alınmasına 2017-ci ilin eyni göstəricisi ilə müqayisədə orta hesabla ayda 32,5 manat daha çox vəsait xərcləyib.

Eləcə də, pərakəndə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 2017-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 2,9 faiz artaraq, 4942,7 milyon manata bərabər olub.

Bakı əhalisi yeyib-içməyə üstünlük verir

Hesabata görə, istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 39,1 faizi ərzaq məhsullarının payına düşüb.

Xərclənən vəsaitlərdə içkilər və tütün məmulatlarının payı 6,1 faiz, toxuculuq məhsulları, geyim, ayaqqabıların payı 12,8 faizi, elektrik malları və mebelin payı 4,1 faiz, əczaçılıq və tibbi malların payı 2,1 faiz, avtomobil yanacağının payı 6,8 faizi təşkil edib.

101.az (oxu az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR