Bakıda orta maaş 800 manata çatır - STATİSTİKA

Bakıda orta maaş 800 manata çatır - STATİSTİKA

2018-ci ilin yanvar-iyun aylarında Bakı şəhəri üzrə muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11 min 455 nəfər artaraq, 707 min 500 nəfər olub.

101.az-ın verdiyi məlumata görə, yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqı 1,6 faiz artaraq, 789,3 manat olub.

Muzdla işləyənlər arasında ən yüksək maaşı Pirallahı qəsəbəsində işləyənlər alıb - 1 450,3 manat. Ən aşağı əməkhaqqı Binəqədi rayonunda qeydə alınıb - 499,2 manat.

Göstərilən dövrdə (2018-ci ilin II rübündə) paytaxtda 30 min 622 yeni iş yerləri açılıb. Bunun 30 min 622 ədədi daimi olub.

101.az (oxu az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR