Bərabər izləyə biləcəyiniz 10 romantik film

Bərabər izləyə biləcəyiniz 10 romantik film

İstər mürəkkəb, istər gözəl, istər əlçatmaz. Nə olur olsun ülvi məhəbbət böyük çətinlikləri dəf edərək bütün maneələri aşa bilən bir hissdir. İki sevən ürəyin arasında hansı çətinliklər durur, onun üçün hansı fədakarlıqdan keçirlər, sevməyə nə vadar edir - bu və digərləri rejissorların sevimli mövzularıdır. 101.az günlərini romantik notlar üzərində qurmaq istəyən cütlüklərə 10 ən yaxşı romantik filmlərin siyahısı təqdim edir:



Ruh (Ghost) - ölüm və həyat bir birlərinə əks qütblərdir, lakin “Ruh” filmində onlar çox yaxındır. Buna isə səbəb ülvi məhəbbətdir. Patrik Sueyzi, Demi Mur və Vupi Qoldberqin yaratdığı obrazların nəticəsidir ki, film illər keçməsinə baxmayaraq bu günə qədər öz reytinqini qoruyub saxlamağı bacarıb.



P.S Mən səni sevirəm (P.S İ love you). Rejissor Riçard Laqravenezenin çəkdiyi bu romantik filmin baş rollarını “ 300 spartalı” filmindən tanıdığımız məhşur Hollivud ulduzu Cerrard Batler və “Milyon dollarlıq qız” filmi ilə adını Amerika kinotarixinə yazmağı bacaran Hillari Suonk ifa edir. Film hətta ölümün belə ayıra bilməyəcəyi iki sevən ürəkdən bəhs edir.



Ameli (Le Fabuleux destin d’Amélie Poulain) –Fransız kinematoqrafiyaçılarının istehsalı olan bu film Ameli adlı qızın öz ətrafında yaşayan insanlara yardım etməsindən bəhs edir.



Titanik (Titanic). Filmin adı belə çəkilən zaman Selin Dionun ecazkar səsi hər kəsin qulaqlarında səslənir. Artıq sözə ehtiyac qalmır. Ceyms Kameronun rejissor əsəri, Leonardo Di Kaprio və Keyt Uinslet tandemi.



Ulduzlar altında (The Fault in Our Stars) – milyonlarla qadının ürəyini fəth edən əhvalat. Göz yaşlarınızı tuta bilməyəcəyiniz bir film. Şeylin Vudlin və Ensel Elqortun ifa etdiyi bu filmə seyr etməklə hər kəs özünü ulduzların altında hiss edəcək.



Payız əfsanəsi (Legends of the Fall) – Bu film 133 dəqiqə boyunca hər bir insanın həyatında baş verəcək ülvi hisslərdən bəhs edir. Antoni Hopkins, Bredd Pit və Culia Ormondun iştirakı ilə kövrək notlara köklənəcəksiniz.



Göl kənarında ev (The Lake House) – iki nəfərin məsafəli sevgisindən bəhs edən film. Lakin onları ayıran uzun yollar, şəhərlər deyil onları ayıran məsafə zamandır. Sandra Bullok və Kianu Rivsin iştirakı ilə bir nəfəsə seyr edəcəyiniz film.



Bir gün (One Day)- Həyatın nağıl kimi keçən bir günü. Lakin nağıllarda da çətinliklərə rast gəlinir. Baş rollarda Enn Hetuey və Cim Stercesin çəkilib.



Küləklə sovrulanlar (Gone with the Wild) – uzun illər keçməsinə baxmayaraq film öz aktuallığını qoruyub saxlayıb. Klassik filmlər siyahısında ilk onluğuna düşən əsərlərdən biridir.



Real məhəbbət (Love Actualli) – “Sevgi bizim ətrafımızdadır. O hər yerdədir” – film bu sözlərlə başlayır. Öz xadiməsini sevən yazıçı, qocalığı qəbul etməyən rok-ulduz, həyatını darıxdırıcı keçirən baş nazir, həyat yoldaşını itirən kişi - filmin bütün qəhrəmanları çox vacib bir hissin şahidlərinə çevriliblər. Bir çox Hollivud ulduzlarının iştirak etdiyi bu romantik filmdən gözlərinizi çəkə bilməyəcəksiniz.

Sənubər Qocayeva.

101.az






Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR