XXI əsrin "MÜASİR" körpüsü "TƏMİR" edildi

XXI əsrin "MÜASİR" körpüsü "TƏMİR" edildi

Bildiyiniz kimi Şirvanda "müasir" tipli körpü haqqında yazmışdıq. Bu yaxınlarda isə 101.az-a körpünün təmir edildiyi haqqında məlumat daxil oldu. Düzünü desək buna çox şad olduq. Lakin sevincimiz çox da uzun sürmədi.

Müvafiq qurumlar sözügedən məsələ ilə əlaqədar olaraq həmin yerdə olub. Fotolardan da gördüyünüz kimi körpü "guya" ki, "təmir" edilib. Bu yerdə el arasında tez-tez işlənən bir misal yadıma düşdü: "ala başına kül başına". Bəli. Həqiqətən dırnaqarası təmir üçün məhz bu misal çəkilməlidir. Cəmi iki boru yerləşdirilib və üzərinə biraz torpaq tökülüb. Bu da sizin üçün "müasir tipli" körpü. İndi "ay" valideyin hər yağış yağanda uşağın məktəbdən gələndə onun çəkmələrini yu, məktəbli formasını dəyişdir. Hələ mən sürücülərin gününü demirəm. Maşının təkərləri palçığa batacaq daha sonra evakuatorun, yaxud traktorun köməyinə müraciət olunacaq.Yəni bunun üçün ekstrasens yaxud falçı olmağa ehtiyyac yoxdur. Hər şey göz qabağındadır.

İndi isə sizə Şirvan şəhəri, "Azpetrol"un arxa tərəfində yerləşən yenicə "təmirdən" çıxan körpünün fotolarını təqdim edirik:





101.az






Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101

ƏN SON XƏBƏRLƏR