Bakıda birinci qrup əlili KÜÇƏLƏRDƏ qalıb - FOTO - VİDEO

Bakıda birinci qrup əlili KÜÇƏLƏRDƏ qalıb - FOTO - VİDEO

Bakıda dörd uşaq anası sözün əsl mənasında küçələrdə qalıb. Səbayıl rayon sakini, birinci qrup əlili və diabet xəstəsi olan Hüseynova Kifayət Höküm qızı kirayə haqqını ödəyə bilmədiyi üçün küçədə gecələməli olub. 101.az saytına müsahibə verən Bakı sakini əlil olduğu üçün heç bir yerdə işləmədiyini və aldığı təqaüdlə dolana bilmədiyini deyib: "Aldığım 155 AZN pensiya ilə dolana bilmirəm. O pul ilə mən dərman alım, evə verim yoxsa yeməyə verim? Dörd övladım var,lakin heç birinin evi yoxdur. Hamısı qız övladlarıdır və onlar da kirayədə yaşayırlar".

Kifayət Hüseynova əvvəllər evi olduğunu, lakin 2004-cü ildə məcburiyyət qarşısında satdığını bildirib. Həmin ildən də kirayələrdə yaşayıb. Səbayıl rayon sakini dəfələrlə aidiyyatı qurumlara müraciət etməsinə baxmayaraq ona bu günə kimi heç bir yerdən kömək olmadığını dilə gətirib.

Qeyd edək ki, Kifayət Hüseynova hal-hazırda Yasamal rayonu, H. Cavid pr-ti 522-ci məhəllədə məskunlaşıb.





101.az



Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR