Sürücü avtobusunu texniki baxışdan keçirdi, lakin ... - ÖZƏL

Sürücü avtobusunu texniki baxışdan keçirdi, lakin ... - ÖZƏL

Bakının Qaradağ rayon sakini Atabalayev Abdulla Ağabala oğlu redaksiyaya zəng edərək haqsız yerə cərimələndiyini bildirib. 101.az saytına daxil olan məlumata əsasən, vətəndaş sürdüyü "Hyundai Country" markalı avtobusunu 19.09.2018-ci il tarixində texniki baxışdan keçdiyini deyib. Lakin buna baxmayaraq ona bu yaxınlarda texniki baxışdan keçmədiyinə dair 50 AZN məbləğində cərimə yazıldığını söyləyib.

Məsələ ilə bağlı Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədovla telefon əlaqəsi yaratdıq. Vaqif Əsədov həmin vətəndaşın Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etməsini bildirdi. Şöbə rəisinin sözlərinə görə, xidmət yeni sistemə keçib. Bununla əlaqədar olaraq hər hansı bir texniki problem yarana bilər. Vaqif Əsədov onuda bildirdi ki, əgər vətəndaş hər hansı bir haqsızlıqla qarşılaşıbsa o məsələ dərhal araşdırılacaq və mümkün qədər tez bir zamanda vətəndaşın problemi öz həllini tapacaq.

Məlumat üçün bildirək ki, hər il yanvarın 1-dən nəqliyyat vasitələrinə texniki baxış dövrü başlayır. Qanunvericiliklə müəyyən olunan qrafikə əsasən, 1 yanvar – 30 aprel aralığında “VAZ”, “QAZ”, “Moskviç” və MDB dövlətlərində istehsal olunan digər minik avtomobilləri və motosikletlər texniki baxışdan keçməlidir. Digər xarici ölkələrdə istehsal olunan minik avtomobilləri isə 1 may-31 iyul aralığında texniki baxışa cəlb edilməlidir. Yük avtomobilləri və avtobusların texniki baxış müddəti isə 1 avqust – 31 oktyabr aralığıdır.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101
ƏN SON XƏBƏRLƏR