Azərbaycan məktəbində DƏHŞƏTLİ OLAY: Müəllimə şagirdi DÖYDÜ - Uşağın burnundan QAN AÇILDI...- ÖZƏL

Azərbaycan məktəbində DƏHŞƏTLİ OLAY: Müəllimə şagirdi DÖYDÜ - Uşağın burnundan QAN AÇILDI...- ÖZƏL

Nizami rayonunda fəaliyyət göstərən 62 saylı məktəb liseyində riyaziyyat müəlliməsi şagirdə zor tətbiq edib. Bu barədə həmin məktəbdə təhsil alan V"K" sinif şagirdi Səadət Quliyevanın valideyini Kəmalə Quliyeva 101.az saytına zəng edərək məlumat verib. Kəmalə Quliyeva deyib ki, qızı Səadət Quliyeva dərsi təkrar soruşduğu üçün müəllimə əsəbləşib və ona yaxınlaşaraq "Mən bunu sənə başa salmışam, sən başa düşməmisən" deyərək başına zərbə vurub. Qızının burnundakı kapilyarların zəif olduğunu söyləyən biçarə ana, həmin günün axşamı uşağın burnundan çoxlu miqdarda qan gəldiyini deyib. Hadisədən bir gün sonra Kəmalə Quliyeva məktəbə gedərək məsələ ilə bağlı direktora şikayət edib. Şikayətçinin sözlərinə görə, direktor bu olayı təqzib edib və riyaziyyat müəlliməsini müdafiə etməyə başlayıb. Direktor müəllimənin uşağı vurmadığını, sadəcə tənbeh etdiyini söyləyib.

Kəmalə Quliyeva: "Direktorun otağına getdim və bu barədə ona bildirdim. Direktor müəlliməni çağırdı, lakin onu tənbeh etmədi. Onun sözlərinə inandı, uşağın hansı sinifdə olduğunu soruşdu və kabinetdən çıxıb sinfə getdi. Məndə direktorun otağında gözlədim. Sonra fikirləşdim ki, birdən o uşağımı sıxışdırar. Ona görə tez qızımın dərs keçdiyi otağa getdim. Gördüm ki, direktor qızıma təyziq göstərərək onu yalan danışmaqda ittiham edir və uşağımı ağladır".

Səadət Quliyevanın anasının sözlərinə görə, müəllimə şagirdi vurmadığını, sadəcə uşağın yanağından tutaraq "Ay Səadət niyə öyrənməmisən?" deyib. Beləliklə rəhbərlik və kollektiv əlbir olaraq riyaziyyat müəlliməsinin Səadət Quliyevaya zor tətbiq etmədiyini, şagirdin yalan söylədiyini iddia ediblər. Bununla əlaqədar olaraq Kəmalə Quliyeva Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 “Qaynar xətt” xidmətinə şikayət edib. Xidmət valideyinin şikayətini qəbul edib və sorğu apardıqdan sonra oktyabrın 19-na görüş təyin edib.

Kəmalə Quliyeva: "Məktəb direktoruna Qaynar xəttə müraciət etdiyimi söylədim. Onun kitab "alveri" ilə məşğul olduğunu məcburən valideyinlərə kitab satdığını da bildirəcəm. Hətta bu il direktor məktəbdən başqa digər yerlərdən kitab almağı belə qadağan etdi. Çünki bütün kitabları özü satdı. Bundan başqa 2ci növbədən birinci növbəyə keçirmək üçün pul alınır. Bir sözlə direktor mədəni şəkildə valideyinlərin ciblərini talayır".

Sonda Kəmalə Quliyeva əlində əsaslı sübut olduğunu da bildirdi.

Qeyd edək ki, məsələ ilə bağlı qarşı tərəfin fikrini dinləməyə hazırıq.

101.az







Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR