Slovakiyada hərbi təyyarə qəzaya uğrayıb

Slovakiyada hərbi təyyarə qəzaya uğrayıb

Slovakiya HHQ-nin L-39 təlim təyyarəsi Sliaç hərbi bazası yaxınlığında qəzaya uğrayıb.

101.az-ın məlumatına görə, bunu jurnalistlərə müdafiə idarəsinin rəhbəri Peter Qaydoş deyib. Onun sözlərinə görə, hadisə zamanı hər iki pilot katapulta etməyi bacarıb.

Qaydoş həmçinin qeyd edib ki, təyyarə manevrlərin biri zamanı idarəerməni itirib və yerə düşüb: "Qəzaya səbəb mühərrikin sıradan çıxması olub".

101.az (trend az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101
ƏN SON XƏBƏRLƏR