Azərbaycanda fiziki şəxslərin banklardakı əmanəti açıqlandı - 8 milyard manat

Azərbaycanda fiziki şəxslərin banklardakı əmanəti açıqlandı - 8 milyard manat

Azərbaycanda 2018-ci il avqustun sonuna olan vəziyyətə görə fiziki şəxslərin banklarda əmanətlərinin həcmi 8,02 milyard manat təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə əmanətlərin həcmi 16,4 faiz, 2018-ci ilin əvvəlindən isə 6,9 faiz artıb. Əmanətlərin 63 faizi və ya 5,05 milyardı xarici valyutada yerləşdirilib.

Hüquqi şəxslərin banklarda əmanətlərinin həcmi 12,57 milyard manat təşkil edib və il ərzində 12,3 faiz, ilin əvvəlindən isə 6,3 faiz azalıb.

Ümumilikdə hesabat dövründə hüquqi və fiziki şəxslərin əmanətlərinin həcmi 20,59 milyard manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 1,3 faiz azdır.

2018-ci il sentyabrın əvvəlinə olan vəziyyətə əsasən, milli valyutada olan depozitlər 6,44 milyard manat (31,3 faiz), xarici valyutada - 14,15 milyard manat (68,7 faiz) təşkil edib.

101.az (milli az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101
ƏN SON XƏBƏRLƏR