Azərbaycan nefti 81 dollara satılır

Azərbaycan nefti 81 dollara satılır

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 19-da 80,95 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamına olan göstəricidən 0,44 dollar/barel çoxdur.

Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 19-da 80,02 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,35 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 19-da 77,15 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,45 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə oktyabrın 19-da 80,64 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,43 dollar/barel çoxdur.

101.az (publika az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101
ƏN SON XƏBƏRLƏR