Suriyanın İdlib vilayətinə hava zərbələri endirilib, ölənlər var

Suriyanın İdlib vilayətinə hava zərbələri endirilib, ölənlər var

Suriyanın İdlib vilayətinin yaşayış məntəqələri yenidən kütləvi hava zərbələrinə məruz qalıb. 101.az-ın məlumatına görə, bu barədə "Anadolu" agentliyi xəbər verib. İdlibin Mülki Müdafiə İdarəsinin (ağ dəbilqəlilər) nümayəndəsi Mustafa Hac Yusuf agentliyə bildirib ki, əl-Nukayar ərazisində kəndin, Xan-Şeyxun şəhəri yaxınlığında Oreynibe adlı yaşayış məntəqəsinin bombardmanlara məruz qalması nəticəsində 6 nəfər həlak olub, daha 12 nəfər yaralanıb. Yaralananların əksəriyyəti uşaqlardır. Bəşşar Əsədə məxsus aviasiya əl-Zekat, əl-Saxır və Kastun kəndlərinə, həmçinin Xama vilayətinin şimalındakı Kifren-Bude və Latamne qəsəbələrinə hava zərbələri endirib. İdlibin Mülki Müdafiə İdarəsinin məlumatına görə ilin əvvəlindən bu günə kimi, deeskalasiya zonasında 652 nəfər, o cümlədən 149 uşaq və 121 qadın öldürülüb, daha 4291 suriyalı yaralanıb. Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın. News Department Xəbərin müəllifi FACEBOOK-DA PAYLAŞ Abunə ol 0 Bu bölməyə aid digər xəbərlər Tramp: "ABŞ-ın güclü sərhədləri olmalıdır" 06 May, 2018 / 08:37 Erməni haker Peris Hiltonun fotolarını və 120 min dollarını oğurlayıb 06 May, 2018 / 07:51 Trampın vəkili onun İran hakimiyyətini əvəz etmək arzusunu bildirib 06 May, 2018 / 07:03

101.az(mənbə-report)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR