Torpağı erməni tapdağından təmizlənən Cocuq Mərcanlı sakini əkin üçün sahəsini kol-kosdan təmizlədə bilmir

Torpağı erməni tapdağından təmizlənən Cocuq Mərcanlı sakini əkin üçün sahəsini kol-kosdan təmizlədə bilmir

Cəbrayıl rayon Cocuq Mərcanlı kəndindən redaksiyamıza şikayət daxil olub. Kənd sakini Aslanov Atamoğlan Fərəc oğlu ona məxsus 75 sot pay torpağını kol-kosdan təmizlədə bilmir.O, qeyd edib ki, qonşu torpaqlar Kənd Təssərüffat Nazirliyi tərəfindən ayrılan xüsusi texniki avadanlıqlarla heç bir maddi vəsait ödənilmədən təmizlənib. Hətta bunu şikayətçinin göndərdiyi fotolardan da görmək olar. Lakin ona məxsus torpaq sahəsi otun içində qalıb. Dəfələrlə aidiyyatı qurumlara müraciət etməsinə baxmayaraq heç bir nəticə əldə etmədiyini bildirib.

Aslanov Atamoğlan: "Dəfələrlə aidiyyatı qurumlara müraciət etmişəm. Bizim məsələ ilə heç kim məşğul olmur. Hətta mənə deyiblər ki, "əlinə al dəhrəni get öz yerini özün təmizlə". Belə getsə mən yuxarı orqanlara müraciət etməli olacam"deyə bildirib.

Əməkdaşımız Cəbrayıl rayon İcra Hakimiyyətinin nümayəndəsi Atakişi Atakişiyevlə əlaqə saxladı. Məlum oldu ki, Atakişi müəllim o vəzifəyə hələ yeni təyin olunub və məsələ ilə bağlı araşdırma aparacığını söz verdi. Bizə isə yalnız gözləmək qalır.

101.az sizə fotoları təqdim edir:









101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101

ƏN SON XƏBƏRLƏR