Xızının Yeni Yaşma kəndində 30 ildir kanalizasiya sistemi yoxdur

Xızının Yeni Yaşma kəndində 30 ildir kanalizasiya sistemi yoxdur

Xızının Yeni Yaşma kənd sakinləri redaksiyamıza müraciət edərək şikayətlərini bildiriblər. Belə ki, sözügedən kənd sakinləri 30 ilə yaxındır ki, çirkab suların içində yaşayır. Sakinlər illərdir əziyyət çəkdiklərini, kanalizasiya sisteminin olmaması onların həyat tərzinə də mənfi təsir göstərdiklərini bildiriblər. Bu məsələ ilə əlaqədar olaraq onlar Xızı rayon, Yeni Yaşma kənd İcra Nümayəndəsi Şahin Əsgərova, kənd bələdiyyəsinə və "Azərsu" ASC-yə yazılı sürətdə müraciət ediblər. Müraciətdə 316 ev və 2500-dən artıq əhalinin 30 ilə yaxındır ki, anti-sanitar vəziyyətdə yaşadıqları qeyd olunub. Həmçinin, əgər yoxlanış olarsa hər bir kənd sakininin həyətində neçə quyu qazıldığını və zaman-zaman üzəri torpaqlandığı da deyilir.

Müraciətə cavab olaraq Xızı Rayon İcra Hakimiyyətindən və rayonun Yeni Yaşma Bələdiyyəsindən cavab məktubu gəlib. Məktubda kəndə dövlət proqramına uyğun olaraq 13 aprel 2018-ci ildən əhalinin suya olan tələbatını ödəmək üçün içməli suyun çəkilişinə başlandığı qeyd olunub. Həmçinin kəndin kanalizasiya sisteminin qurulması üçün böyük miqdarda maliyyə vəsaiti tələb olunduğundan növbəti illərdə dövlət proqramında nəzərdə tutluduğu da bildirilib.

Nəzərə alsaq ki bu gün bir çox ucqar kəndlərdə kanalizasiya sistemi mövcuddur o zaman Sumqayıtla aralarında cəmi 56 km olan bu kəndin vəziyyəti həqiqətən də acınacaqlı sayılır.

101.az həmin məktubların sürətini sizə təqdim edir:















101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101
ƏN SON XƏBƏRLƏR