Zeki Öztürk media nümayəndələri ilə görüşüb - ÖZƏL

Zeki Öztürk media nümayəndələri ilə görüşüb - ÖZƏL

Türkiyənin Gəncədəki konsulluğunda, Türkiyə Cümhuriyyətinin Gəncəyə yeni təyin olunan fövqəladə və səlahiyyətli baş konsulu Zeki Öztürk, qərb bölgəsində fəaliyyət göstərən media nümayəndələri ilə görüşüb. 101.az-ın bölgə müxbiri xəbər verir ki, görüşdə Türkiyənin dünyada humanitar yardım siyasətindən birinci sırada yer aldığından, həmçinin Türkiyə və Azərbaycan əlaqələrindən geniş danışılıb.

Zeki Öztürk Türkiyənin humanitar yardım siyasətinin dünyada birinci sırada yer alaraq hər kəsə insanlıq dərsi verdiyini bildirib . Qlobal Humanitar Yardım 2017 hesabatına görə, Türkiyə keçən il ən çox humanitar yardım edən ölkə olub. “Ən səxavətli ölkə” sayılan Türkiyə milli gəlirinin 0,85 faizinə uyğun gələn humanitar yardımları reallaşdırıb. Türkiyə, dünyada ən çox humanitar yardım edən ölkələr siyahısında Almaniya və ABŞ da keçərək birinci yerə çıxıb. 2017-ci ildə Türkiyə inkişafdan geri qalmış ölkələrə 8,07 milyard dollar yardım edib. Bu isə 2016-ci ilə nisbətən 34,5% artım deməkdir.

Zeki Öztürk "Türkiyə bir tərəfdən ən çox humanitar yardım edən ölkə olaraq paylaşmanın necə edilməsini dünyaya göstərir, digər təərfdən sözdə deyil, əməldə də insana insan dəyəri vermənin necə olduğunu göstərir. Türkiyənin ən çox qaçqın saxlayan ölkə olması da çarəsizə münasibətin fərqini nümayiş etdirir".

Daha sonra Azərbaycan ilə Türkiyə arasında əlaqələrdən danışılıb. Ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr bu əlaqələri şərtləndirən amillər sırasında yer aldığını bildirən konsul Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını nümayiş etdirdiklərini də qeyd edib. Bu münasibətlərdə Gəncə şəhəri də çox böyük önəm kəsb edir.

Tədbir qarşılıqlı diskussiya şəklində davam edib.

Sonda xatirə şəkillər çəkdirilib.









101.az


Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101
ƏN SON XƏBƏRLƏR