Azərbaycan mədəniyyətinə AĞIR İTKİ ÜZ VERDİ: Görkəmli sənətkar xalq artisti VƏFAT ETDİ

Azərbaycan mədəniyyətinə AĞIR İTKİ ÜZ VERDİ: Görkəmli sənətkar xalq artisti VƏFAT ETDİ

Xalq artisti Amaliya Pənahova vəfat edib.

Bu haqda açıqlamasında əməkdar artist Hüsniyyə Mürvətova deyib. O bildirib ki, aktrisa bir müddətdir xəstə imiş:

"Reanimasiyada idi. Səhhəti pisləşmişdi. İndi xəbər aldıq".

Mərhum xalq artisti Amaliya Pənahovanın nəşi Təzə Pir məscidinə gətirilib.

101.az-ın məlumatına görə, yaxınları və sənət dostları aktrisa ilə vidalaşmaq üçün məscidə yığışıb. Mərhumun yaxınları media nümayəndələrinə çəkiliş etməyə icazə verməyiblər.

A.Pənahova ilə vida mərasimi sabah saat 12:00-da Akademik Milli Dram Teatrında baş tutacaq.

Qeyd edək ki, 73 yaşlı aktrisa xərçəngdən əziyyət çəkirdi.



101.az (Axşam.az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101
ƏN SON XƏBƏRLƏR