Mövqelərimiz iriçaplı pulemyotlardan atəşə tutuldu

Mövqelərimiz iriçaplı pulemyotlardan atəşə tutuldu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Muncuqlu kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Qaraqaşlı, Sarıcalı, Novruzlu, Füzuli rayonunun Qaraxanbəyli, Kürdlər, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub

101.az (publika az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101
ƏN SON XƏBƏRLƏR