Keniyada 12.5 milyon illik meymun skeleti tapıldı

Keniyada 12.5 milyon illik meymun skeleti tapıldı

Keniyada planetimizdə 12.5 milyon il əvvəl yaşamış ən kiçik meymunun qalıqları tapılıb.

101.az xəbər verir ki, bu barədə Keniyanın elmi jurnalında məlumat verilib. Məlumata əsasən, qalıqlar Keniyanın mərkəzindəki Tuqen təpələrində tapılıb.
Alimlər tapılan skeletin 12.5 milyon il əvvəl yaşadığı ehtimal edilən bir meymun növünə aid olduğu müəyyən ediblər.
3.5 kilo ağırlığı olan qalıqlar planetdəki ən kiçik meymuna məxsus olduğu müəyyən edilib. Alimlər 1960-cı ildən bu bölgədə işlədiklərini və əldə edilən məlumatların gələcəkdəki işlərə işıq tutacağını bildiriblər.

101.az (ölkə az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101
ƏN SON XƏBƏRLƏR