"Dünyanın ən sürətli qadını" vəfat edib

"Dünyanın ən sürətli qadını" vəfat edib

Amerikalı kaskadyor Kitti O'Nil 72 yaşında dünyasını dəyişib.

101.az-ın məlumatına görə, "dünyanın ən sürətli qadını" adı ilə məşhur olan K.O'Nil Kaliforniya ştatının Yurika şəhərində sətəlcəmdən ölüb.

O, Hollivudun əsas kaskadyorluq studiyası hesab olunan "Stunts Unlimited"ə qoşulan ilk qadın olub. "Dünyanın ən sürətli qadını" adını isə raket avtomobilinin sükanı arxasında 966 km/s sürətə çatandan sonra qazanıb.



101.az (trend az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101
ƏN SON XƏBƏRLƏR