Məhkəmə aptekə bıçaqla basqın edən qadınla bağlı qərar verdi

Məhkəmə aptekə bıçaqla basqın edən qadınla bağlı qərar verdi

Bu gün Bakı Apellyasiya Məhkəməsində aptekə bıçaqla basqın etməkdə təqsirləndirilən 1984-cü il təvəllüdlü Aygün Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

A.Əliyevanın vəkili Zaur Hüseynov açıqlamasında deyib ki, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, verilən şikayət təmin edilməyib, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.

Vəkil bildirib ki, qərardan Ali Məhkəməyə kassasiya şikayəti veriləcək.

Qeyd edək ki, hadisə bu ilin martın 10-da Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində baş verib. Qeyd edilən ərazidə yerləşən aptekə gələn Bakı şəhər sakini Aygün Əliyeva orada işləyən qəsəbə sakini Xəyalə Nəcəfovanı bıçaqla hədələyib, kassadan 165 manat aparıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Aygün Əliyeva saxlanılıb.

İstintaq araşdırması zamanı məlum olub ki, Aygün Əliyeva daha əvvəl məhkumluq həyatı yaşayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Əliyeva səkkiz il müddətinə azadlıqdan məhrum edilib.

101.az (oxu az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101
ƏN SON XƏBƏRLƏR