Aygün və Rəhim dinləyiciləri Bakı küçələrindən salamladı

Aygün və Rəhim dinləyiciləri Bakı küçələrindən salamladı

6 noyabr Televiziya və Radio işçilərinin peşə bayramı münasibəti ilə Azad Azərbaycan 106.3 FM radiosu maraqlı yayım nümayiş etdirib.

101.az-ın məlumatına görə, “Tıxacı tıxaca salırıq” şüarı ilə yayım avtomobillə həyata keçirilib. Belə ki, sözügedən tarixdə radionun proqramları paytaxt Bakının küçələrindən yayımlanıb.

“Boomerang”, “Dəbli şou”, “Avtostop” verlişlərinin aparcıları öz dinləyicilərini Bakının küçə və prospektlərindən salamlayıb. Aparıcılar və texniki heyət radio tərəfindən bəzədilmiş xüsusi avtomobildə hərəkət edərək yayım həyata keçiriblər.

“Dəbli şou” verlişində xalq artisti Aygün Kazımova və müğənni Rəhim Rəhimli də iştirak ediblər.

101.az (axşam az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101
ƏN SON XƏBƏRLƏR