40 yaşlı Lalə evlilik təklifi alıb

40 yaşlı Lalə evlilik təklifi alıb

Əməkdar artist Lalə Məmmədova son zamanlar həyatında baş verənlərdən danışıb.

101.az xəbər verir ki, müğənni "Xəzər maqazin"ə müsahibə verib. Şəxsi həyatında bir sıra çətinliklər yaşayan Məmmədova hisslərini izləyicilərlə bölüşüb.

"Güclü qadın yoxdur. Sıfırdan başlamağı bacarmalısan. Qadın özünü itirmədən, sındırmadan, əyilmədən həyatında baş verən hansısa dönəmdə sıfırdan başlamağı bacarırsa və uğurlu işlərə imza atırsa, o zaman güclü qadın sayılır. Qadın kişi ilə, kişi də qadınla birləşəndə güclü olur. Hələ ki, övladlarımı ayağa qaldırmağı düşünürəm".

40 yaşlı L.Məmmədova evlilik təklifi aldığını etiraf edib:

"Evlilik təklifləri çoxdur, dostluq etmək istəyənlər də var. Hərtərəfli görürəm ki, mənə qarşı çoxdur diqqət. Amma biz sənət adamları tanındıqca tənhalaşırıq".

Qeyd edək ki, L.Məmmədova ailəli olub, iki övladı var. Sənətçi bir neçə il əvvəl ərindən boşanıb.

101.az(mənbə-milli.az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR