Xəstəlikdən əziyyət çəkən vətəndaş əlillik dərəcəsi ala bilmir

Xəstəlikdən əziyyət çəkən vətəndaş əlillik dərəcəsi ala bilmir

101.az saytının redaksiyasına daha bir şikayət daxil olub.

Xızı rayon, Yeni Yaşma kəndindən olan Quliyev Qeno Əli oğlu müraciət edərək bildirib ki, onun xəstəliyi ilə əlaqədar olaraq əlillik dərəcəsinın verilməsində ləngimələr yaranıb. Belə ki, vətəndaş Qeno Quliyev artıq bir neçə ildir ki, epilepsiya xəstəliyindən əziyyət çəkir və dəfələrlə ona tibbi yardım göstərilib.

Xəstəlikdən əziyyət çəkən vətəndaş bununla əlaqədar olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinə müraciət edib və ona əlillik dərəcəsinin verilməsini xahiş edib. Vətəndaşın xahişi yerinə yetirilib və Qeno Quliyev sosial ekspertiza və reabilitasiya xidmətindən yoxlamadan keçib.

İlkin yoxlamada ona səhv diaqnoz qoyulduğu üçün vətəndaş yenidən reabilitasiyadan keçmək məcburiyyətində qalıb. Daha sonra, yəni 13 avqust 2018-ci ildə ona ƏƏSMN yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətindən məktub göndərilib. Məktubda əsas xəstəlik kimi epilepsiya göstərilib və bununla əlaqədar olaraq vətəndaşın statsionar müalicə aldığı qeyd olunub. Lakin daha əvvəl səhiyyə müəssisəsi tərəfindən tərtib edilən göndərişdə əsas diaqnoz "Dəqiqləşdirilməmiş epilepsiya tez-tez baş verən qıcolma tutmaları" kimi deyil, səhvən yanaşı xəstəlik olan "xroniki bronxit" qeyd edilibmiş. Buna səbəb olaraq vətəndaşa əlillik dərəcəsi müəyyən edilməyib. Lakin sonra səhiyyə müəssisəsi yeni göndəriş tərtib edib və Qeno Quliyevin işinə yenidən baxılıb. Bu minvalla ona əlillik dərəcəsinin təyin olunacağı bildirilib. Lakin 13 avqust 2018-ci ildən bu yana vətəndaş nazirlikdən heç bir səs-səda çıxmadığından və onun işinə baxılmadığından gileylənir. Bir sözlə xəstənin gözləri sözün əsl mənasında yollarda qalıb.

Vətəndaş həmin ərizəni redaksiyamıza təqdim edib:



101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR