"Bu, kişiliyə sığmaz" - Lalədən Maralı qovan Əlibəyliyə
Son günlər aparıcı Elçin Əlibəylinin müğənni Maral Tahirqızını verilişinə çağırıb təhqir etməsi gündəmdən düşmür.
101.az xəbər verir ki, Əlibəyli Marala "Niyə özünüzü məhv edirsiniz? Kim sizinlə zarafat edib və inanmısınız? Siz müğənni deyilsiniz. Azərbaycan musiqisinin qara, bitmiş nöqtəsisiniz" sözlərini işlədib. Daha sonra Əlibəyli onu proqramdan qovub.
Aparıcının sənətçiyə qarşı etdiyi hərəkətə müğənnilər reaksiya bildirib. Əməkdar artist Lalə Məmmədova Əlibəylini qınayıb və onun düzgün etmədiyini vurğulayıb:
"Son günlər efir məkanında baş verənlər ürəkaçan deyil. Bu mövzu isə son damla oldu. Ata-babadan görmüşük ki, kimliyindən asılı olmayaraq, qonağa hörmətlə yanaşarlar. Çağırdığın qonağı təhqir etmək, verilişdən qovmaq, aşağılamaq, heç bir kişiliyə sığmaz. Hələ qonaq qadındırsa... Allah hamımızı insan yaratdı, verdiyi pay eyni olmadı. Zəka, ağıl, düşüncə, ürək, istedad, təəssüf ki, hamımızda eyni miqdarda deyil. Buna görə də kimsə özünü başqasından yuxarı və aşağı saymasın. Güclü olan qarşısındakı zəifə gücünü göstərərək, özünü qəhrəman saymasın".
101.az(Milli Az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101

Rəylər