"Qalatasaray” kapitanla müqaviləni uzadır

"Qalatasaray” kapitanla müqaviləni uzadır

"Qalatasaray" futbolçusu Səlcuq İnanla yeni müqavilə imzalamaq niyyətindədir.

101.az xəbər verir ki, İstanbul klubu 33 yaşlı oyunçunun sözləşməsini daha 2 il artırmağı planlaşdırır. Gələn il müqaviləsi başa çatacaq təcrübəli futbolçunun 2021-ci ilə qədər komandada qalacağına dair razılıq əldə olunub. 2 milyon 950 min avro maaş və hər oyuna görə 25 min avro alan kapitanın yeni sözləşmə zamanı klubuna 50 faiz güzəştə gedəcəyi bildirilir.

Qeyd edək ki, 2011-ci ildən "sarı-qırmızılar"ın formasını geyinən S.İnan çıxdığı 211 matçda 43 qol vurub.

101.az (milli az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101
ƏN SON XƏBƏRLƏR