İlk dəfə körpü çap olundu

İlk dəfə körpü çap olundu

Şanxayda "3D" printerdə çap edilmiş polimer körpü Taopu rayonunun mərkəzi parkında quraşdırılacaq. Sözügedən körpü "Shanghai Construction Group" tərəfindən yaradılmış unikal texnologiya üzrə hazırlanıb. Arxitektorlar konstruksiya üzərində 35 gün vaxt sərf ediblər.

101.az bildirir ki, körpü sterol-akrilonitril akrilat maddəsindən hazırlanıb. Adətən bu maddə "3D" çapda prototiplərin yaradılmasında istifadə edilir. Material günəş şüaları, yağış və başqa hava şəraitinin uzunmüddətli təsirinə davamlıdır.

Uzunluğu 15,25 metr, eni 2,8 metr və hündürlüyü 1,2 metr olan körpü Çində qəbul edilmiş bütün inşaat normaları və qaydalarına uyğun hazırlanıb. Mühəndislərin sözlərinə görə, bu körpü təxminən 30 il xidmət edəcək.

"Körpü hər bir kvadrat metr üçün 250 kq ağırlığa dayanıqlıdır. Beləliklə, körpünün üzərində eyni anda 60 yaşlı insan hərəkət edə bilər" - "Shanghai Construction Group"un baş mühəndisinin müavini Çen Syaomin deyib.

101.az (milli az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101
ƏN SON XƏBƏRLƏR