İbrahimoviçin Avropaya qayıtmamasının səbəbi məlum oldu

İbrahimoviçin Avropaya qayıtmamasının səbəbi məlum oldu

ABŞ-ın “Los Anceles Qalaksi” klubunun isveçli hücumçusu Zlatan İbrahimoviç İtaliyanın “Milan” klubu ilə müqavilə imzalamaqdan imtina edib.

101.az xəbər verir ki, 37 yaşlı futbolçunun Avropaya qayıtmasını ailəsi istəməyib.

Bildirilir ki, İbrahimoviçin həyat yoldaşı və iki oğlu Los-Ancelesdə komfort həyat sürdüklərindən Avropaya köçməyin əleyhinə olub. Nəticədə ailə başçısı onların fikrini nəzərə almaq məcburiyyətində qalıb.

101.az (oxu az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101
ƏN SON XƏBƏRLƏR