Diqqət: Paşinyanın gizli danışıqları yayıldı

Diqqət: Paşinyanın gizli danışıqları yayıldı

Ermənistanın baş naziri Nikol Paşinyanın ölkənin Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanesyanla telefon danışığının səs yazısı internetdə yayılıb.

101.az bildirir ki, onlar MDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sabiq baş katibi Yuri Xaçaturovun həbsini və mümkün sonucları müzakirə edirlər. Vanesyan bildirib ki, Xaçaturovun mümkün həbsi "ruslarla münasibətləri gərginləşdirə bilər".

"Gəlin, Köçəryanla işi başa vuraq, sonra Xaçaturovla nə edəcəyimizi düşünək", - Vanesyan söyləyir və Paşinyan da onunla razılaşır.

Paşiyan vurğulayır ki, "bu məsələ"ni Rusiya ilə müzakirə etmək gərəkdir ki, sonradan problemlər olmasın: "Buradayam. Elə o məsələni danışacağam".

Anlaşılan odur ki, telefon danışığı iyulun sonunda, N.Paşinyan Rusiyanın Sankt-Peterburq şəhərində səfərdə olarkən baş tutub. Elə həmin vaxt Y.Xaçaturova qarşı cinayət işi qaldırılmışdı.

Vanesyan gün ərzində Paşinyana bir neçə dəfə zəng vurub. Zənglərdən birində Nikol Paşinyan pıçıldayaraq "İclasdayam, danışa bilmirəm" söyləyəyib.

Daha sonra Vanesyan Paşinyana deyib ki, Xaçaturovun həbsi "ruslara pis təsir edib, onları qıcıqlandırıb".

"Rusiyanın kəşfiyyatı ilə yanaşı, Federal Təhlükəsizlik Xidmətinin nümayəndələri yanıma gəldilər. Onlar deyirlər ki, bunu etməyək. Deyirlər ki, heç olmasa KTMT rəhbəri vəzifəsindən çıxarın, sonra həbs edin. Əks halda bu, KTMT-nin nüfuzuna zərbə olacaq", - Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanesyan söyləyib.

Buna cavab olaraq Paşinyan soruşub: "Bəs birdən getsə və qayıtmasa?!"

Vanesyanın söylədiyinə görə, Xaçaturovun heç bir yerə buraxan deyillər.



Dinləmənin ikinci hissəsində Vanesyan Ermənistanın Xüsusi İstintaq Xidmətinin direktoru Sasun Xaçatryanla danışır. Onlar Y.Xaçaturovun və sabiq prezident Robert Köçəryanın həbsini müzakirə ediblər.

Nikol Paşinyan baş verənləri Facebook səhifəsində şərh edib.

"Xalq, bilin ki, təxribatçılar danışıq dinləmələrinin ikinci hissəsini yayıblar. Vaxtilə bu barədə Milli Məclisin tribunasından danışmışdım. Az sonra canlı yayımda olacağam", - N.Paşinyan yazıb.

101.az (milli az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101
ƏN SON XƏBƏRLƏR