Ölkədə məhbusların sayı ARTIB - Daha çox cinayət törədən kimlərdir?

Ölkədə məhbusların sayı ARTIB - Daha çox cinayət törədən kimlərdir?

2017-ci ildə Türkiyə həbsxanalarında cəza çəkənlərin sayı 2016-cı illə müqayisədə 15,7 faiz artıb. Bu barədə Türkiyə Statistika İnstitutuna (TÜİK) istinadən məlumat verir.

Məhbusların 95,7 faizini kişilər, 4,3 faizini isə qadınlar təşkil edir. 2017-ci ildə ümumilikdə 215 761 nəfər həbs olunub.

Ötən il həbs olunan vətəndaşların 17,3 faizi oğurluq, 12,3 faizi bilərəkdən xəsarət yetirmə, 7,2 faizi narkotik vasitələrin qanunsuz istehsalı və satışı, 3,7 faizi isə adam öldürmədə ittiham olunub.

Məhbusların 59,5 faizi digər cinayətlərə görə azadlıqdan məhrum edilib.

101.az (trend az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101
ƏN SON XƏBƏRLƏR