Bakıda sabiq nazirin qardaşı məhkəmə qarşısına çıxarıldı

Bakıda sabiq nazirin qardaşı məhkəmə qarşısına çıxarıldı

Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Əvəz Əmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

101.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra zərərçəkmiş şəxs Rəşad Tahirov təqsirləndirilən şəxsə qarşı 140 min manat məbləğində mülki iddia qaldırıb.

Məhkəmə mülki iddianı icraata götürüb.

Məhkəmə baxışı dekabrın 19-na təyin edilib.

Qeyd edək ki, Əvəz Əhmədov iki nəfərin 140 min dollar pulunu hədə-qorxu ilə ələ keçirməkdə ittiham olunur.

Əvəz Əhmədovun barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Əvəz Əhmədov Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşıdır.

101.az (publika az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101
ƏN SON XƏBƏRLƏR