ABŞ-ın məşhur binası satışa çıxarıldı

ABŞ-ın məşhur binası satışa çıxarıldı

ABŞ-ın Nyu-York şəhərindəki məşhur “Chrysler” binası satışa çıxarılıb.

101.az xəbər verir ki, binanın sahiblərindən olan Əbu-Dabi İnvestisiya Şurası və “Tishman Speyer” əmlak şirkəti binanın satışı üçün “CBRE Group” holdinqlə razılaşma əldə ediblər.

Binanın dəyəri ilə bağlı rəqəm açıqlanmasa da, 1 milyard dollardan çox olduğu ehtimal edilir. Məlumat üçün bildirək ki, Əbu-Dabi İnvestisiya Şurası 2008-ci ildə binanın səhmlərinin 90 faizi üçün 800 milyon dollar ödəyib.

Qeyd edək ki, 77 mərtəbəli və 320 metr hündürlüyündəki “Chrysler” binası 1930-cu ildə dünyanın ən hündür binası olub. Hazırda isə Nyu-Yorkun ən hündür 6-cı binasıdır.

101.az (qafqazinfo az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101

ƏN SON XƏBƏRLƏR