“Real”da ciddi itki

“Real”da ciddi itki

İspaniyanın “Real Madrid” klubunun əsas qapıçısı Tibo Kurtua zədələnib.

101.az xəbər verir ki, 26 yaşlı qolkiperə sol qabırğalarla qarın arasında olan əzələnin zədəsi diaqnozu qoyulub. Onun bərpa müddəti barədə məlumat verilməyib.

“Marca” nəşri isə belçikalı qapıçının təxminən 10 gün yaşıl meydanlardan uzaq qalacağını yazıb.
Qeyd edək ki, T.Kurtua ötən ilin avqustundan “Real”ın şərəfini qoruyur.

101.az (ölkə az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR