UEFA dəyişik etməyə hazırlaşır - Qaydalar sərtləşəcək

UEFA dəyişik etməyə hazırlaşır - Qaydalar sərtləşəcək

UEFA maliyyə feyr-pleyi qaydalarını sərtləşdirə bilər.

101.az xəbər verir ki, ali futbol qurumu Avropa klublarının transfer ödənişləriylə bağlı qaydalara dəyişiklik etməyə hazırlaşır. Bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb. Belə ki, UEFA, Avropa klublarının futbolçu transferi üçün müəyyən olunmuş məbləği maksimum 3 il ərzində ödəməyini istəyir.

PSJ 2017-ci ildə “Barselona”dan transfer etdiyi Neymar üçün müəyyən olunmuş 222 milyon avro transfer məbləğini maliyyə sənədlərində 5 ilə bölüb. Paris təmsilçisi Neymar üçün “Barsa”ya ildə 44,4 milyon avro ödəyir. Bu da, PSJ-yə maliyyə feyr-pleyi pozuntusundan qaçmağa imkan verir. UEFA-nın yeni qaydalarının qüvvəyə minəcəyi təqdirdə, həmin məbləğ 3 ilə ödənməlidir. Belə olduğu halda, PSJ hər il Neymar üçün Kataloniya klubuna 74 milyon avro ödəməli olacaq.

101.az (unikal org)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101

ƏN SON XƏBƏRLƏR