BP Xəzər dənizinin Azərbaycan sektorunda yeni nəhəng qaz yatağı tapa bilə

BP Xəzər dənizinin Azərbaycan sektorunda yeni nəhəng qaz yatağı tapa bilə

BP şirkəti və onun tərəfdaşları Azərbaycanda nəhəng qaz yatağının ("Şahdəniz" qaz-kondensat yatağı) işlənilməsinə 28 milyard dollar sərmayə qoyublar və bu, yalnız tarixin başlanğıcı ola bilər.

101.az-ın məlumatına görə, bu barədə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qeri Cons "Bloomberg" agentliyinə bildirib.

Onun sözlərinə görə, şirkət 2020-ci il üçün ölkədə 6 yeni kəşfiyyat quyusu qazmaq niyyətindədir.

Məlumatda deyilir ki, əgər BP-nin gözləntiləri doğrularsa şirkət ehtiyatları təxminən "Şahdəniz"in ehtiyyatlarına bərabər olan yeni qaz yatağı tapa bilər.
Regional prezident bildirib: "Braziliya ilə yanaşı, Azərbaycan bizim üçün yaxın bir neçə il üçün prioritet fəaliyyət istiqamətlərindən biri sayılır. Bu kəşfiyyat proqramı bizim üçün çox vacibdir, çünki biz Xəzərdə böyük potensial görürük".

Q.Consun sözlərinə görə, BP-nin bu il quyular qazmaq niyyətində olduğu Şəfəq-Asiman strukturunda qaz ehtiyyatı "Şahdəniz-2" yatağının ehtiyyatlarına bərabər ola bilər.

O, əlavə edib ki, strukturda qazma işləri 2019-cu ilin sonuna planlaşdırılıb.

101.az (ölkə az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101

ƏN SON XƏBƏRLƏR