Məşhur reper güllələnib

Məşhur reper güllələnib

ABŞ-ın dəniz ərazilərinə aid olan Puerto Rikoda reper və LGBT ictimai fəalı Kevin Fret qətlə yetirilib.

Oxu.Az BBC-yə istinadən xəbər verir ki, 24 yaşlı reper San Xuan şəhərində naməlum şəxs tərəfindən güllələnib.

Küçədə motosikleti ilə gəzintiyə çıxan zaman cinayətkar Fretə odlu silahdan səkkiz əl atəş açıb.

Hadisəni törədən şəxsin kimliyinin müəyyən edilməsi və həbs olunması istiqamətində işlər aparılır.

Reperin meneceri onun ölüm xəbərini təsdiqləyib.

Qeyd edək ki, reperin son buraxdığı “Soy Asi” adlı mahnısının klipi “YouTube”da yarım milyona yaxın baxış sayı toplayıb.



101.az (oxu az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101

ƏN SON XƏBƏRLƏR