"Rüfət aparıcı oyunçumuzdur" - Alman məşqçi

"Rüfət aparıcı oyunçumuzdur" - Alman məşqçi

Eksperiment etməyə vaxtımız yoxdu. Heyəti mövsümün əvvəlində formalaşdırmışıq.

101.az xəbər verir ki, bu sözləri "Proyssen"in baş məşqçisi Marko Antverpen "Bild"ə açıqlamasında deyib.

Mövsümün ikinci yarısının hazırlıqları ilə bağlı danışan almaniyalı çalışdırıcı millimizin üzvü Rüfət Dadaşov barədə də fikir bildirib: "Yaxşı kollektivimiz var. Müdafiəçilər Ole Kittner, Lion Şvers, yarımmüdafiəçilər Rene Klinqenburq, Kevin Pires Rodriges və hücumçu Rüfət Dadaşov bizim aparıcı oyunçularımızdır. Yanvarın 26-da yeni ilin ilk rəsmi matçında "Karl Zeys Jena"nın qonağı olacağıq. Artıq həmin görüşün heyətini beynimdə qurmuşam. Yoxlama görüşlərində isə digər oyunçulara özlərini göstərmək üçün çox oyun şansı verəcəm".

Qeyd edək ki, "Proyssen" Almaniya 3-cü Bundesliqasında 20 turdan sonra 29 xalla 7-ci pillədə qərarlaşır.

101.az (milli az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101

ƏN SON XƏBƏRLƏR