Azərbaycan Ordusunun kadr işləri üzrə heyətinin toplantısı keçirilib

Azərbaycan Ordusunun kadr işləri üzrə heyətinin toplantısı keçirilib

Müdafiə nazirinin 2019-cu il üçün təsdiq etdiyi döyüş hazırlığı planına əsasən birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin kadr işləri üzrə heyətlərinin təlim-metodiki toplanışı keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdən əvvəl ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət himni səsləndirilib.

Toplanışda çıxış edən Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda islahatların davam etdirildiyini, kadr orqanlarının ordunun mühüm xidmət sahələrindən biri olduğunu söyləyərək Müdafiə naziri tərəfindən bu istiqamətə ciddi diqqət yetirildiyini və daim diqqət mərkəzində saxlanıldığını xüsusi vurğulayıb.

Şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilov çıxış edərək ötən il ərzində kadr orqanı işçilərinin təkmilləşdirilməsi üzrə görülmüş işlər və qarşıda duran əsas tapşırıqları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

101.az (ölkə az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR