U-21 millimizin baş məşqçisi postu rəsmiləşdi

U-21 millimizin baş məşqçisi postu rəsmiləşdi

AFFA-nın Məşqçilər Komitəsinin tövsiyəsinə uyğun olaraq, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi postuna təyinat rəsmiləşib.

101.az xəbər verir ki, bu vəzifə serbiyalı Milan Obradoviçə həvalə olunub.

41 yaşlı məşqçi əvvəl ölkəsinin “Napredak”, Sloveniyanın “Zavrç” klublarında köməkçi məşqçi işləyib. O, Sloveniyanın “Koper” klubunda, Serbiyanın U-19, U-20 və U-17 millilərində baş məşqçi də olub. Onun son iş yeri Serbiya millisi olub. Milan Obradoviç dünya çempionatında Serbiya millisində köməkçi məşqçi işləyib.

Qeyd edək ki, əvvəl U-21 millimizin baş məşqçisi Rəşad Sadıqov olub.

101.az (oxu az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101

ƏN SON XƏBƏRLƏR