UEFA 2018-ci ilin simvolik komandasını açıqladı

UEFA 2018-ci ilin simvolik komandasını açıqladı

UEFA 2018-ci ilin simvolik komandasını açıqlayıb.

101.az xəbər verir ki, simvolik komandanın heyətində İspaniyanın “Real” klubunun dörd, İngiltərənin “Çelsi” və İspaniyanın “Barselona” komandasından iki, İngiltərənin “Liverpul”, İtaliyanın “Yuventus” və Fransanın PSJ klublarından isə hərəyə bir futbolçunun adı daxil edilib:

Qapıçı - Mark-Andre ter Şteqen (İspaniya, “Barselona”)

Müdafiəçilər - Serxio Ramos (İspaniya,“Real”), Virgil Van deyk (İngiltərə, “Liverpul”), Rafael Varan (İspaniya,“Real”), Marselo (İspaniya,“Real”)

Yarımmüdafiəçilər - Luka Modriç (İspaniya,“Real”), N'Qolo Kante (İngiltərə, “Çelsi”), Eden Hazard (İngiltərə, “Çelsi”)

Hücumçular - Kriştianu Ronaldu (İtaliya, “Yuventus”), Lionel Messi (İspaniya, “Barselona”), Kilian Mbappe (Fransa, PSJ).

101.az (ölkə az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101

ƏN SON XƏBƏRLƏR