Makedoniya Milli Məclisi təsdiqlədi: Konstitusiya və ölkə adı dəyişir

Makedoniya Milli Məclisi təsdiqlədi: Konstitusiya və ölkə adı dəyişir

Makedoniyalı parlament nümayəndələri ölkə Konstitusiyasına dəyişikliklərin edilməsini təsdiq edib.

101.az xəbər verir ki, dəyişikliklərdən sonra ölkənin adı “Makedoniya Respublikası”ndan “Şimali Makedoniya Respublikası”na çevriləcək.

Düzəlişləri məclisin üçdə ikisi dəstəkləyib.

Qeyd edək ki, Yunanıstan hakimiyyəti ötən ilin iyunun 17-də Makidoniyanın adı ətrafında yaranan problemi aradan qaldırmaq üçün Makedoniya Respublikası ilə saziş imzalayıb.

Sözügedən saziş hər iki ölkə üçün NATO və Avropa İttifaqına qoşulmaq üçün yeni yollar açacaq.

101.az (yenicag az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101

ƏN SON XƏBƏRLƏR