Ötən il əlillik təyinatı alanların sayı azalıb

Ötən il əlillik təyinatı alanların sayı azalıb

“Əlillik təyinatlarında şəffaflığın təmin edilməsi məqsədilə ciddi nəzarət tədbirləri görülüb”.

101.az xəbər verir ki, bu barədə Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.

Onun sözlərinə görə, Səhiyyə Nazirliyi ilə birgə iş nəticəsində 2018-ci ilin dördüncü rübündə birinci rüblə müqayisədə əlillik təyinatı 61 faiz, I qrup təyinatları isə 56 faiz azalıb. Əsassız təyinatlar ləğv edilərək, 3 milyon manat büdcə vəsaitinə qənaət olunub.

Nazir qeyd edib ki, hesabat ilində 11 min 900 nəfərə reabilitasiya xidmətləri göstərilib, 35 min 300 reabilitasiya vasitəsi, 7557 sanator-kurort yollayışı verilib.

Bundan başqa, aztəminatlı ailələrin sosial müdafiəsi sahəsində mənfi halların qarşısının alınması və ünvanlılığın təmin edilməsi nəticəsində təyinatların sayı 53 faiz azalıb, büdcə vəsaitlərinə 102 milyon manat və ya 49 faiz qənaət edilib.

101.az (qafqazinfo az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101
ƏN SON XƏBƏRLƏR