Azərbaycanda qəribə hadisə -23 ildən sonra hamilə olduğunu öyrəndi, səhəri gün ana oldu

Azərbaycanda qəribə hadisə -23 ildən sonra hamilə olduğunu öyrəndi, səhəri gün ana oldu

Azərbaycanda tibb sahəsində maraqlı hadisə baş verib.

101.az-ın məlumatına görə, Gəncə şəhər sakini, 1977-ci il təvəllüdlü Rəsulova Afət Ziyad qızı 23 il sonra ilk dəfə ana olub. Belə ki, mədə ağrısı şikayəti ilə həkimə müraciət edən qadın 9 aylıq hamilə olduğunu öyrənib.

Bir gün sonra Gəncə Regional Perinatal Mərkəzdə həyata keçirilən qeysəriyyə əməliyyatı ilə qadının qız övladı dünyaya gəlib. Körpə 2 kq 900 qram çəkidə doğulub.

Hazırda xəstəxanada olan ana ilə körpənin səhhəti yaxşıdır.

101.az (qafqazinfo az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101
ƏN SON XƏBƏRLƏR