Burak 14 fevralda Fahriyyəni yalnız qoyub 80 nəfər qadınla birlikdə olacaq

Burak 14 fevralda Fahriyyəni yalnız qoyub 80 nəfər qadınla birlikdə olacaq

Burak Özçivit 14 Fevral Sevgililər Günündə hamilə həyat yoldaşı Fahriye Evcenlə birlikdə olmayacaq.

101.az xəbər verir ki, aktyor Davutpaşa Şəhərciyində yerləşən Konqres və Mədəniyyət Mərkəzində keçirilən 17-ci ilin Ulduzları Mükafat mərasimində “İlin ən yaxşı aktyoru” seçilib.

Mükafat mərasimindən sonra mətbuat nümayəndələrilə söhbət edən Burak Özçivit altı aylıq hamilə xanımı Fahriye Evcenlə uşaqlarını qucaqlarına alacağı günü həyəcanlı gözlədiklərini deyib. O, “Fahriye kimi mən də o hissləri yaşayıram” , - deyə bildirib.

Kino ulduzu 14 Fevral Sevgililər Günündə Küveytdə 80 nəfər qadınla birlikdə olacağı xəbərlərini təsdiq edib:

"Bəli, belə bir tədbir var. Odur ki, Fahriye mənimlə olmayacaq, tək gedəcəm".

101.az (Publika.az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR