Aybəniz Haşımova niyə "ölüb-dirildi"?!

Aybəniz Haşımova niyə "ölüb-dirildi"?!

İdeya müəllifi özümə aid olan və tələbəm Həsənlə birlikdə dahi Hüseyn Cavidin sözlərinə yazılan “Kor Ərəbin mahnısı”nın çəkilişlərinə başladıq. Böyük bir komanda ilə Cavid Əfəndinin həyatına qiyabi də olsa, daxil olduq. Bu an sanki həm öldüm, həm də dirildim!

101.az bildirir ki, bunu açıqlamasında tanınmış ifaçı, Əməkdar artist Aybəniz Haşımova deyib.

“Onun həyatını vərəqlədikcə, bir onu anladım ki, Hüseyn Cavid dünyaya kişi kimi gəldi, kişi kimi də getdi! Söz xətrinə söz demədi!

Yaltaq, dostunu satan, qatil, şərəfsiz olmadı bəziləri kimi! Mən bu gün bir daha əmin oldum ki, nə qədər ki Azərbaycan var, o qədər də Hüseyn Cavid var!”, - deyə qeyd edən müğənninin sözlərinə görə, Cavid əbədi, onu sevə-sevə oxuyan fitri istedadlar, Həsən Əliyevlərin ruhunda, səsində yaşayacaq.

“Əziz tələbəm Həsən Əliyev, sən çox xoşbəxtsən! Xoşbəxtsən ona görə ki, bu gün Cavid Əfəndinin evində, onun masasında, onun toxunduğu əşyalara toxuna bilirdin. Bir anlıq da olsa, Cavid dünyasına qərq olmuşdun.

Sən Cavid Əfəndinin ev muzeyində, onun yaşadığı evdə, onun əsərləri ilə yanaşı, əbədi bir ömür yaşayacaqsan. Bu, hər insana, hər ifaçıya qismət olmayan bir qismətdir.

Qoy, böyük Allah sənə Hüseyn Cavidin əsərlərinin ömrü qədər ömür versin. Sənət yolun hər zaman işıqlı olsun”, - deyə Əməkdar artist bildirib.

O əlavə edib ki, klipin rejissoru Ceyhun Kərimov, operatoru Nadir Mehdiyevdir.

101.az (Oxu.Az)


Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR