Mərkəzi Asiyanın ən dərin mağarası Özbəkistandadır

Mərkəzi Asiyanın ən dərin mağarası Özbəkistandadır

Özbəkistandakı Boy-Bulak mağarası Mərkəzi Asiyada ən dərin mağaradır.

101.az bildirir ki, 1971-ci ildə mağaranın yaxınlığındakı Duybolo kəndinin sakini Mustafakul Zakirov yaşadığı kənd üçün su axtarmaq məqsədilə mağaraya gedib və itib. 14 il ondan soraq gəlməyib.

1985-ci ildə Ural speleoloqları Surxantau dağ silsiləsindəki bu mağaraya giriblər. Dərinliyə düşəndə isə bulaq və insan sümüklərinə rast gəliblər. Bu, Mustafakul Zakirovun qalıqları olub. Qalıqlar dəfn olunmaq üçün kəndə göndərilib.

Boy-Bulaq özbək dilində "zəngin bulaq" deməkdir. Alimlər müəyyən edib ki, mağaradan axan bulağın suyu minerallar və duzlarla zəngindir.

Mağaranın ümumi dərinliyi 1415 metrdir, 20-30 metr dərinlikdə üç quyu var. Bulaq da buradan axır. Mustafakul Zakirov da məhz bu bulağı tapmaq ümidi ilə mağaraya getmişdi. Onun ölümünün səbəbi isə sirr olaraq qalır.

101.az (milli az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101
ƏN SON XƏBƏRLƏR