Azay Quliyev: "Mehman Hüseynovun azadlığa çıxması onları MƏYUS EDƏCƏK "

Azay Quliyev: "Mehman Hüseynovun azadlığa çıxması onları MƏYUS EDƏCƏK "

Mehmanın azadlığa çıxması daxildə və xaricdəki siyasi işbazları məyus edəcək.

101.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyevin Mehman Hüseynovla bağlı məsələni nəzarətə götürməsinə münasibət bildirən Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev deyib.

“Mehman Hüseynova qarşı aparılan istintaqın Prezident tərəfindən nəzarətə götürülməsi Azərbaycan əleyhinə yaxından və uzaqdan idarə olunan bəzi oyunların və ssenarilərin qarşısını almış oldu. Yəqin ki, Mehmanın azadlığa çıxması daxildə və xaricdəki siyasi işbazları məyus edəcək”, - deputat bildirib.

Qeyd edək ki, bu gün Azərbaycan Prezidentinin tövsiyələrinə uyğun olaraq, Azərbaycan Baş prokuroru tərəfindən Mehman Hüseynov barəsində cinayət işinin icraatına xitam verilib.

101.az(Axar.az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR