TƏCİLİ:Ölkə mədəniyyətinə AĞIR İTKİ ÜZ VERDİ - Hər kəsin sevimlisi olan korifey sənətçi VƏFAT ETDİ

TƏCİLİ:Ölkə mədəniyyətinə AĞIR İTKİ ÜZ VERDİ - Hər kəsin sevimlisi olan korifey sənətçi VƏFAT ETDİ

Rusiyanın məşhur aktyoru vəfat edib.

101.az xəbər verir ki, 1935-ci ildə Leninqradda (Sankt-Peterburq) anadan olan Sergey Yurski dünyasını dəyişib.

Qeyd edək ki, o, "Şir evdən getdi" filmində də çəkilib.

Yurski 16 mart 1935 il tarixində Leninqrad (indiki Sankt-Peterburq) şəhərində anadan olmuşdur. Onun atası Yuri Yurski teatr aktyoru və rejissoru, sirk rəhbəri, anası Yevgeniya Yurskaya isə musiqi müəlliməsi olub. Yurski təxəllüsü əslində Sergeyin atasının olub. Onların əsl soyadı Jixaryovdur.Uşaq yaşlarında incəsənətə həvəsi olan Sergeyi valideynləri bu yoldan çəkindirməyə çalışıblar, amma bunu bacarmayıblar. Sergey Yurskinin aktyor olmaq istəyi təхminən on dörd yaşında baş qaldırdı.Amma o,valideynlərinin istəyi ilə A. A. Jdanov adına Leninqrad Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. S.Yurski Leninqrad Dövlət Universitetində hüquq elmini öyrənməklə yanaşı, universitetin dram dərnəyində də məşğul olmağa vaхt tapırdı. Atası isə onu teatr səhnəsindən uzaqlaşdırmağa çalışırdı. Amma universitetdə qoyulan tamaşalarda Sergeyə bir-birinin ardınca müхtəlif rollar verilirdi. 1959-cu ildə A. N. Ostrovski adına Leninqrad Teatr İnstitutunu bitirib.1961-ci ildə aktrisa Zinaida Şarko ilə evlənən Sergey Yurski bu xanımla cəmi 7 il birgə yaşayıb və boşanıblar. Daha sonra o, ikinci dəfə Natalya Tenyakova evlənib.

Gənc yaşından başlayaraq Yurski kino və teatrda müxtəlif rollar oynayıb və tezliklə də məşhurlaşıb. Sergey Yurskinin Azərbaycana da bağlılığı var.Belə ki, o, Azərbaycanda da filmlərə çəkilib və sevilmişdir. Xüsusilə onun "Dərviş Parisi partladır" filmində yaratdığı Müsyö Jordan obrazı bu günkü gündə də sevilə-sevilə izlənilir.Aktyor ekran əsərində fransız təbiətşünası Müsyö Jordan rolunu təbii və koloritli ifa etməklə bərabər, həm də personajın nitqinin səsləndirilməsini də məharətlə yerinə yetirib.Bundan başqa aktyor "Şir evdən getdi" filmində ovçu, "Bir ailəlik bağ evi" filmində direktor, və "Qorxma, mən səninləyəm!" filmində pristav rollarını oynayıb.

Yurski aktyor olmaqla yanaşı, həm də rejissor və ssenaristdir.1957-ci ildən etibarən Leninqraddakı M. Qorki adına Böyük Dram Teatrının aktyorudur. 1979-cu ildən isə Yurski Moskvanın Mossovet adına Teatrında çıxış edir və "Müasir pyes məktəbi"ndə çalışır. Bir sıra teatr tamaşasının rejossorudur.



101.az (milli.az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR