ABŞ Hindistana 4 "Chinook" helikopterini təhvil verib

ABŞ Hindistana 4 "Chinook" helikopterini təhvil verib

ABŞ Hindistanada 4 "Chinook (Boeing CH-47F)" hərbi-nəqliyyat helikopterlərini təhvil verib.

101.az-ın verdiyi məlumata görə, helikopterlər Qucarat ştatında yerləşən Mundra limanına gətirilib. Buradan helikopterlər Çandiqarha göndəriləcək.

Hindistan və ABŞ arasında "Chinook" helikopterlərinin alınması üzrə 1,1 milyard dollar dəyərində hökümətlərarası müqavilə 2015-ci ildə imzalanıb. Müqavilə çərçivəsində ABŞ Hindistana 15 "Chinook" helikopteri verməlidir.

101.az (trend az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101
ƏN SON XƏBƏRLƏR